Cansız molekulların bir yerə gəlməsi həyatı izah edə bilməz

Bura qədər bəhs etdiyimiz bütün imkansızlıqlar və məntiqsizlikləri bir an üçün unudaq və ibtidai dünya şərtləri kimi mümkün ola biləcək ən əlverişsiz mühitdə bir zülal molekulunun təsadüflərlə əmələ gəldiyini fərz edək.
Tək bir zülalın əmələ gəlməsi də kifayət etməyəcək, qeyd olunan zülalın, bu nəzarətsiz mühitdə heç bir təhlükəylə üzləşmədən özü kimi təsadüfən əmələ gələcək başqa zülalları gözləməsi lazım gələcəkdi. Bu gözləmə prosesi hüceyrəni əmələ gətirəcək milyonlarla uyğun və lazımi zülalın həmişə “təsadüfən” eyni yerdə yan-yana gəlib əmələ gələcəyi vaxta qədər davam edəcəkdi. Əvvəldən əmələ gələnlər o mühitdə ultrabənövşəyi şüalar, şiddətli mexaniki təsirlərə baxmayaraq heç bir dəyişikliyə məruz qalmadan, səbirlə dərhal başları üstündə digərlərinin təsadüfən əmələ gəlməsini gözləməliydilər. Sonra kifayət edəcək sayda və eyni nöqtədə əmələ gələn bu zülallar mənalı formalarda bir yerə gələrək hüceyrənin orqanoidlərini əmələ gətirəcəkdilər. Aralarına heç bir kənar maddə, zərərli molekul, faydasız zülal zənciri qarışmamalıydı. Sonra bu orqan olduqca planlı, nizamlı, uyğun və əlaqəli bir şəkildə bir yerə gəlib, bütün lazımi fermentləri də yanlarına alıb bir pərdəylə örtülsələr, bu pərdənin içi də bunlara əlverişli mühiti təmin edəcək xüsusi bir maye ilə dolsaydı, bütün bu “reallaşması çox çətin” hadisələr baş versəydi belə bu molekul yığını canlanardımı?


Cavab, “xeyr”dir! Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün təkcə canlılarda lazım olan maddələrin bir yerə gəlməsi kifayət etməz. Həyat üçün lazımlı bütün zülalları yığıb bir sınaq balonuna qoysaq yenə də canlı bir hüceyrə əldə etməyi bacara bilmərik. Bu mövzuda aparılan bütün təcrübələr müvəffəqiyyətsiz olmuşdur. Bütün təcrübə və müşahidələr isə həyatın ancaq həyatdan gəldiyini göstərmişdir. Həyatın cansız maddələrdən əmələ gəldiyi iddiası, bu hissənin ən başında da ifadə etdiyimiz kimi, yalnız təkamülçülərin xəyal etdiyi, bütün müşahidə və təcrübələrə zidd bir nağıldır.

 

Bu vəziyyətdə, yer üzündəki ilk həyat da ancaq bir həyatdan gəlməlidir. Məhz bu, “Hayy” (Həyat Sahibi) Allahın yaratdıqlarıdır. Həyat ancaq Onun diləməsiylə başlayar, davam edər və sona çatar. Təkamül isə, həyatın necə başladığını izah etməsini bir kənara qoyaq, həyat üçün lazımi maddənin necə əmələ gəldiyini və bir yerə gəldiyini belə izah edə bilmir.


Kardiff Universitetindən, Tətbiqi Riyaziyyat və Astronomiya Professoru Chandra Wickramasinghe həyatın təsadüflərlə yarandığına on illər boyu inandırılmış bir elm adamı olaraq qarşılaşdığı bu həqiqəti belə izah edir:

Bir elm adamı olaraq aldığım təhsil müddəti ərzində, elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunlaşmayacağına dair çox güclü bir beyin yumağa tabe olundum. Bu anlayışa qarşı şiddətlə rəftar alınmalı idi... Amma bu anda, Allaha inanmağı tələb edən şərh qarşısında, irəli sürülə biləcək heç bir ağlabatan dəlil tapa bilmirəm. Biz həmişə açıq bir zehinlə düşünməyə vərdiş etdik və indi həyata gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirik, təsadüfi hadisələr deyil.