Daha əvvəl də qeyd etdiyimiz kimi hüceyrələr bölünərək çoxalarlar. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə olduğu halda bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbətində bir artımla çoxalar.
Bura qədər bəhs etdiyimiz bütün imkansızlıqlar və məntiqsizlikləri bir an üçün unudaq və ibtidai dünya şərtləri kimi mümkün ola biləcək ən əlverişsiz mühitdə bir zülal molekulunun təsadüflərlə əmələ gəldiyini fərz edək.
Tək bir zülalın əmələ gəlməsi də kifayət etməyəcək, qeyd olunan zülalın, bu nəzarətsiz mühitdə heç bir təhlükəylə üzləşmədən özü kimi təsadüfən əmələ gələcək başqa zülalları gözləməsi lazım gələcəkdi.
Təkamül nəzəriyyəsinin əsasında materialist fəlsəfə durur. Materializm, mövcud olan hər şeyin yalnız maddə olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfəyə görə, maddə sonsuzdan bəri mövcuddur, həmişə mövcud olacaq və maddədən başqa bir şey də yoxdur.
Xeyli vaxtdan bəri təkamülçülər “insanlar və şimpanzelər arasında yalnız 1%-lik bir genetik fərqlilik vardır” iddiasıyla təkamül təbliğatı aparırdılar. İnsan və şimpanze genləri arasında qəti bir müqayisə aparılmamasına baxmayaraq, darvinist ideologiya onları bu iki növ arasında çox kiçik bir fərqlilik olduğunu fərz etməyə sövq edirdi.
“İnsan Genomu” layihəsində əldə olunan son nəticənin izah olunmasıyla, Türkiyədə bəzi mətbuat orqanları, təkamül nəzəriyyəsinin içində olduğu çıxılmaz vəziyyətin daha çox ortaya çıxmaması üçün, aldadıcı mesajlar dərc etməyə və xalqı səhv məlumatlandırmağa başladılar.