Bənzərsiz bir yaradılış: DNT-nin özünü köçürməsi

Daha əvvəl də qeyd etdiyimiz kimi hüceyrələr bölünərək çoxalarlar. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə olduğu halda bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbətində bir artımla çoxalar.
Bəs bu bölünmə əməliyyatı nəticəsində DNT-yə nə olar? Hüceyrədə tək bir DNT zənciri vardır. Halbuki yeni doğulan hüceyrənin də bir DNT-yə ehtiyac duyacağı aydındır. Bu ehtiyacı aradan qaldırmaq üçün DNT-də, hər mərhələsi ayrı bir möcüzə olan maraqlı bir ardıcıl əməliyyat başlayır. Nəticədə, hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl DNT-nin bir surəti hazırlanar və bu surət yeni hüceyrəyə köçürülər.


Hüceyrənin bölünməsiylə əlaqədar aparılan müşahidələrin göstərdiyi nəticəyə görə hüceyrə bölünmədən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük həddini keçdiyi vaxt isə bölünmə prosesi öz-özünə başlayar. Hüceyrənin forması bölünməyə uyğun şəkildə dəyişməyə başlayarkən, DNT də bir qədər əvvəl ifadə etdiyimiz kimi özünü köçürməyə başlayar.


Bunun mənası budur: Sanki, hüceyrə bütünlüklə bölünməyə “qərar verir” və hüceyrənin içindəki müxtəlif hissəciklər bu bölünmə qərarına müvafiq şəkildə hərəkət etməyə başlayırlar. Hüceyrənin belə kollektiv bir işi bacaracaq şüura sahib olmadığı aydındır. Hüceyrə bölünməsini təmin edən sistemi Allah qüsursuz bir şəkildə yaratmışdır. Bölünmə əməliyyatı, tam lazımi anda gələn bir əmrlə başlayar və başda DNT olmaqla hüceyrənin hamısı buna görə hərəkət edər.


DNT, özünü çoxaltmaq üçün əvvəlcə qarşılıqlı iki parçaya ayrılar. Bu hadisə olduqca maraqlı bir şəkildə baş verər. Quruluşu spiral bir nərdivana bənzəyən DNT molekulu, bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi iki yerə ayrılar. Artıq DNT iki yarım parçaya bölünmüşdür. Hər iki parçanın da əskik olan yarıları mühitdə hazır olan materiallarla tamamlanır. Beləcə, iki yeni DNT molekulu hazırlanmış olar. Əməliyyatın hər mərhələsində ferment adlanan və sanki təkmilləşmiş robotlar kimi çalışan ixtisaslaşmış zülallar vəzifə yerinə yetirər. İlk baxışda sadə kimi görünsə də bu əməliyyat əsnasında baş verən ara əməliyyatlar o qədər çox və mürəkkəbdir ki, hadisəni incəlikləriylə izah etmək səhifələr tutar.


Bu məqamda bunu unutmamaq lazımdır. Atomların birləşməsindən əmələ gələn fermentlər, DNT spiralının yarısına baxar, əskik hissələri müəəyyənləşdirər, əskikləri əlaqədar yerlərdən əldə edərək, ən uyğun yerlərə əlavə edərlər. Bu şəkildə DNT-nin köçürülməsi baş vermiş olar. Şüursuz, ağıl və məlumatı olmayan kiçik strukturların bu qədər mürəkkəb, məlumat, şüur və ağıl tələb edən əməliyyatları qüsursuzca yerinə yetirmələri, oxuyaraq üstündən keçiləcək məlumatlar deyil. Bu məlumatların insana göstərdiyi və düşündürdüyü əhəmiyyətli həqiqətlər vardır.


Köçürmə əsnasında əmələ gələn yeni DNT molekulları nəzarətçi fermentlər tərəfindən dəfələrlə yoxlanılar. Edilmiş bir səhv varsa –belə ki, bu səhvlər olduqca həyati əhəmiyyət daşıya bilər- dərhal müəyyən edilər və düzəldilər. Səhv şifrə qopardılıb yerinə doğrusu gətirilər və birləşdirilər. Bütün bu əməliyyatlar elə baş gicəlləndirici bir sürətlə həyata keçirilir ki, dəqiqədə 3 000 pillə nukleotid hazırlanarkən bir tərəfdən də bütün bu pillələr cavabdeh fermentlər tərəfindən dəfələrlə yoxlanılır və lazımlı düzəlişlər aparılır.


DNT-nin çoxaldılması əməliyyatının nə qədər böyük bir sürətdə baş verdiyini daha yaxşı başa düşmək üçün bu məlumatlar daha da izah edici olacaq: Bir hüceyrənin bölünməsi 20 ilə 80 dəqiqə arasında davam edir və bu əsnada DNT-dəki məlumat da köçürülərək çoxaldılır. Yəni DNT-dəki 3 milyard məlumat, 20 ilə 80 dəqiqə arasındakı bir müddətdə heç bir səhv, unutma və ya əskiklik olmadan surəti çıxarıla bilir. Bu, bir kitabxana dolusu məlumatın, 1000 kitabın və ya bir milyon səhifəlik yazının bu qədər qısa müddətdə heç səhv və əskiklik olmadan çoxaldılması qədər möcüzəvi bir hadisədir. Və diqqət edin, bu əməliyyatı həyata keçirənlər texnoloji alətlər, üstün xüsusiyyətli surətçıxarma maşınları deyil, bəzi atomların bir-birinə əlavə olunmasıyla əmələ gələn fermentlərdir.


Böyük bir sürətlə hazırlanan yeni DNT molekulunda, xarici təsirlər nəticəsində normal vaxtdakı vəziyyətə görə daha çox səhvlər edilə bilər. Bu dəfə hüceyrədəki ribosomlar, DNT-dən gələn əmrə əsasən DNT bərpa fermentləri ifraz etməyə başlayırlar. Beləcə DNT öz özünü qoruyar və həm özünü, həm də nəslin davam etməsini zəmanət altına alar.


Hüceyrələr də insanlar kimi anadan olar, çoxalar və ölərlər. Ancaq hüceyrələrin ömrü əmələ gətirdikləri insanın ömründən xeyli qısadır. Məsələn, altı ay əvvəl bədənimizi əmələ gətirən hüceyrələrin böyük bir əksəriyyəti bu gün artıq yaşamır. Lakin vaxtında bölünərək yerlərinə yenilərini qoyub getdikləri üçün, siz bu anda yaşaya bilirsiniz. Buna görə hüceyrələrin çoxalması, DNT-nin köçürülməsi kimi əməliyyatlar -hər nə qədər çox mürəkkəb də olsalar- insanın yaşaya bilməsi baxımından ən kiçik bir səhvə yer verilməməsi lazımlı həyati əməliyyatlardır. Ancaq çoxalma əməliyyatı o qədər qüsursuz olar ki, səhv etmə nisbəti 3 milyard pillədə yalnız bir pillədir. Bu tək səhv də hər hansı bir problemə səbəb olmadan bədəndəki daha yuxarı nəzarət mexanizmləri tərəfindən yox edilər.


İşin ən maraqlı cəhəti də, DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin, yenə DNT-də yerləşmiş olan məlumatlara görə və DNT-nin əmr və idarəsi altında ifraz olunmuş zülallar olmasıdır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem vardır ki, belə bir sistemin mərhələli şəkildə baş verən təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin də, pərdəsindən başlamış digər bütün mürəkkəb orqanoidlərinə qədər hər şey əskiksiz olaraq mövcud olmalıdır.


Canlıların bir-birinin ardınca baş verən “faydalı təsadüflər” nəticəsində “mərhələli şəkildə” əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi, bəhsi keçən DNT-ferment paradoksu tərəfindən qəti şəkildə yalanlanır. Çünki DNT də, ferment də eyni anda mövcud olmalıdır. Bu isə açıq-aşkar bir yaradılışın varlığını göstərər.
Bütün bir gün siz heç hiss etmədən, bədəninizdə sizin problemsiz yaşamağınız üçün ağlasığmaz bir diqqət və məsuliyyət anlayışı içində saysız əməliyyatlar və yoxlamalar aparılır, tədbirlər görülür. Hər kəs vəzifəsini əskiksiz olaraq və müvəffəqiyyətlə yerinə yetirər. Allah ən böyüyündən ən kiçiyinə, ən sadəsindən ən mürəkkəbinə qədər saysız atomu və molekulu sizin yaxşı və sağlam bir şəkildə yaşamağınız üçün xidmətinizə vermişdir. Yalnız bu lütf və nemət belə heç dayanmadan şükür etmək üçün kifayətdir.

 

Gecəni rahatlanmanız üçün yaradan, gündüzü ruzi qazanmanız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir. (Mümin surəsi, 61)

 

Təkamülçülərin əlacsızlığına bir nümunə daha:
“RNT aləmi” ssenarisi
Təkamülçülər, ilk canlı hüceyrənin necə əmələ gəldiyi sualı üzərində 20-ci əsrin əvvəlindən etibarən müxtəlif nəzəriyyələr yaratdılar. Bu mövzuda ilk təkamülçü tezisi irəli sürən rus bioloqu Oparin, yüz milyonlarla il əvvəlki ibtidai dünyada bəzi təsadüfi kimyəvi reaksiyalarla ilk növbədə zülalların əmələ gəldiyini, bunların birləşməsiylə də hüceyrələrin yarandığını irəli sürdü. Oparinin 1930-cu illərdə ortaya atdığı bu iddianın ən əsas fərziyyələrinin belə səhv olduğu isə 1970-ci illərdəki tapıntılarla aydın oldu: Oparinin “ibtidai dünya atmosferi” ssenarisində üzvi molekulların əmələ gəlməsinə imkan verə biləcək metan və ammonyak qazları iştirak edirdi. Amma həqiqi atmosferin metan və ammonyak əsaslı olmadığı, əksinə bir də atmosferdə üzvi molekulları parçalayan oksigen qazından bol miqdarda olduğu aşkar olundu.


Bu vəziyyət molekulyar təkamül nəzəriyyəsi üçün böyük bir zərbə oldu. Miller, Foks, Ponnamperuma kimi təkamülçülərin “ibtidai atmosfer təcrübələri”nin hamısının etibarsız olduğu aydın oldu. Buna görə də 80-ci illərdə başqa təkamülçü axtarışlar baş verdi. Bunun nəticəsində, əvvəlcə zülalların deyil, zülalların məlumatını daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT aləmi” ssenarisi ortaya atıldı. 1986-cı ildə Harvardlı kimyaçı Valter Qilbert tərəfindən ortaya atılan bu ssenariyə görə, bundan milyardlarla il əvvəl, nədənsə öz surətini çıxara bilən bir RNT molekulu təsadüfən öz-özlüyündə əmələ gəlmişdi. Sonra bu RNT molekulu ətraf mühitin tələblərinin təsiriylə birdən-birə zülallar ifraz etməyə başlamışdı. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranmış və nədənsə DNT molekulu əmələ gəlmişdi.
Hər mərhələsi ayrı bir imkansızlıqlar zənciri olan, bu təsəvvür edilməsi belə çətin ssenari həyatın başlanğıcını izah etmək əvəzinə, problemi daha da böyütmüş, bir çox içindən çıxılmaz sualı gündəmə gətirmişdi:


1 – Hələ, RNT-ni əmələ gətirən nükleotidlərin tək birinin belə əmələ gəlməsi qətiyyən təsadüflərlə izah edilə bilmədiyi halda, görəsən xəyali nükleotidlər necə münasib bir düzülüşdə bir yerə gələrək RNT-ni əmələ gətirmişlər? Təkamülçü bioloq Con Horgan RNT-nin təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:


Tədqiqatçılar RNT aləmi anlayışını təfərrüatlı şəkildə araşdırdıqca getdikcə daha çox problem ortaya çıxır. RNT ilk olaraq necə əmələ gəldi? RNT və onun hissələrinin laboratoriyada ən yaxşı şərtlərdə sintez edilməsi belə olduqca çətin olduğu halda, bunun həyat yaranmamışdan əvvəl reallaşması necə baş vermişdir?


2 - Təsadüfən əmələ gəldiyini fərz etsək belə, yalnız bir nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü çoxaltmağa qərar vermiş və nə cür mexanizmlə bu köçürtməni bacarmışdı? Özünü köçürərkən istifadə etdiyi nukleotidi haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Cerald Joys və Lesli Orqel, vəziyyətin ümidsizliyini belə dilə gətirirlər:


Söhbət içindən çıxılmaz bir nöqtədə cəmləşir: Bu nöqtə qarmaqarışıq bir polinükleotid şorbasından çıxıb, birdən-birə özünü köçürə bilən o xəyali RNT-nin əfsanəsidir. Bu anlayış, yalnız bugünkü prebiotik kimya anlayışımıza görə həqiqətdən kənar olmaqla kifayətlənmir, həmçinin RNT-nin özünü köçürə bilən bir molekul olduğu şəklindəki həddindən artıq optimist düşüncəni də yox edir.


3 - Qaldı ki, əgər ibtidai dünyada öz surətini çıxara bilən bir RNT əmələ gəldiyini və mühitdə RNT-nin istifadə edəcəyi hər növ amin turşusundan sonsuz miqdarda olduğunu fərz etsək və bütün bu imkansızlıqların bir yolla baş vermiş olduğunu düşünsək belə, bu vəziyyət yenə də tək bir zülal molekulunun əmələ gələ bilməsi üçün kifayət deyil. Çünki RNT, yalnız zülalın quruluşuyla əlaqədar məlumatdır. Amin turşuları isə xammaldır. Ancaq ortada zülal hazırlayacaq “mexanizm” yoxdur. RNT-nin varlığını zülal istehsalı üçün kafi görmək, bir avtomobilin kağız üzərində çəkilmiş dizaynını, o avtomobili meydana gətirəcək minlərlə hissənin üzərinə atıb sonra avtomobilin öz-özünə quraşdırılıb meydana gəlməsini gözləməklə eyni dərəcədə axmaqdır. Ortada fabrik və işçilər yoxdur ki, bir istehsal prosesi baş versin.


Bir zülal, hüceyrə içindəki olduqca mürəkkəb əməliyyatlar nəticəsində bir çox fermentin köməyiylə ribosom adı verilən fabrikdə hazırlanır. Ribosom isə yenə zülallardan əmələ gəlmiş mürəkkəb bir hüceyrə orqanoididir. Buna görə də bu vəziyyət özüylə bərabər, ribosomun da eyni anda təsadüfən əmələ gəlmiş olması kimi bir ağlasığmaz fərziyyə gətirəcək. Təkamülün ən fanatik müdafiəçilərindən Nobel mükafatı alan Jak Monod belə zülal sintezinin yalnız nuklein turşularındakı məlumata sadələşdirilməsinin mümkün olmadığını bu şəkildə izah edir:


Şifrə (DNT və ya RNT-dəki məlumat), köçürülmədikcə mənasızdır. Dövrümüzdəki hüceyrələrdə şifrə köçürmə mexanizmi ən azı 50 makro molekulyar hissədən ibarətdir ki, bunların özləri də DNT-də kodlanmış vəziyyətdə dururlar. Şifrə bu vahidlər olmadan köçürülə bilməz. Bu dövrənin qapanması nə vaxt və necə baş verdi? Bunu xəyal etmək belə həddindən artıq dərəcədə çətindir.


İbtidai dünyadakı bir RNT zənciri hansı iradəylə belə bir qərar vermiş və hansı üsullarından istifadə edərək, 50 xüsusi vəzifəli hissəciyin işini tək başına görərək zülal istehsalını həyata keçirmişdir? Təkamülçülərin bu suallara heç bir şərh gətirə bilmirlər.


San Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin və Frensis Krikin iş yoldaşı olan məşhur təkamülçü dr. Lesi Orqel, “həyatın RNT aləmiylə başlaması” ehtimalı üçün “ssenari” ifadəsindən istifadə etdi. Orqel bu RNT-nin hansı xüsusiyyətlərə sahib olmalı olduğunu və bunun qeyri-mümkün olduğunu, American Scientistin oktyabr 1994 buraxılışındakı “The Origin of Life on the Earth” başlıqlı məqalədə belə ifadə edir:


Bu ssenarinin meydana gələ bilməsi üçün, ibtidai dünyadakı RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyətinin olması lazımdır: Bunlar zülalların köməyi olmadan öz surətini çıxara bilmə xüsusiyyəti və zülal sintezinin hər mərhələsini həyata keçirə bilmə funksiyasıdır.

 

Aydın şəkildə başa düşüləcəyi kimi Orqelin, “olmazsa olmaz” şərtini qoyduğu bu iki mürəkkəb əməliyyatı RNT kimi bir molekuldan gözləmək, ancaq təkamülçü bir xəyal gücü və dünyagörüşüylə mümkün ola bilər. Konkret elmi həqiqətlər isə həyatın təsadüflərlə yarandığı iddiasının yeni bir versiyası olan “RNT aləmi” tezisinin, qətiyyən baş verməsi qeyri-mümkün olan bir nağıl olduğunu ortaya qoyur.