DNT-nin əlifbası

Hüceyrənin nüvəsində olan DNT, spiral formalı bir quruluşa malikdir. Bu spiral quruluş açıldığı vaxt, DNT təxminən bir metr uzunluğunda çox nazik, uzun bir lent halına gəlir. Təxminən bir metr uzunluğundakı DNT-nin, bir kiçik hüceyrə nüvəsinin içində qablaşdırılmış halda yerləşməsi isə üzərində diqqətlə dayanılmalı bir mövzudur.

 

DNT-də atomların özünə xas düzülüşü maksimum şifrəni, minimum sahədə daşıya biləcək üstün bir yaradılışa malikdir. Bir-birinə keçmiş iki spiral nərdivanın hər pilləsində üç cür element mövcuddur: Bunlar şəkər, fosfat və DNT-nin şifrələrini meydana gətirən azotlu üzvi əsasdır. Bütün insanlarda materialların və funksiyaların eyni olmasına baxmayaraq, bir-birlərindən fərqli olmalarını təmin edən xüsusi şifrələr, məhz bu azot əsasları tərəfindən yaradılmışdır. Dörd fərqli növü olan bu əsasları düzülüşlərindəki fərqliliklər insanlar arasındakı bütün fərqliliklərin yaranma səbəbidir. Bu əsas növləri; Adenin, Quanin, Sitozin və timin olaraq adlandırılmışdır. Əsaslar müəyyən bir qaydaya görə bir-birlərinə bağlanır. Elm adamlarının yeni-yeni başa düşməyə başladığı xarici bir dil kimi, müəyyən bir kod sisteminə görə düzülmüş bu dörd növ azotlu üzvi əsasda, bioloji varlığımızın bütün şifrəsi gizlənmişdir.


DNT molekullarını əmələ gətirən bu əsaslar adlarının baş hərfləri olan A, T, Q və C hərfləriylə adlandırılarlar. Məhz nüvədəki məlumat bankında məlumatlar bu şəkildə 4 hərfdən ibarət olan bir əlifbadan istifadə edilməklə ehtiyatda saxlanılmışdırlar.


DNT molekulunun bir hissəsi olan hər bir gen insan bədənindəki müəyyən bir xüsusiyyətə nəzarət edər. Boyun uzunluğu, gözün rəngi, burnun, qulağın, kəllənin materialı, forması kimi saysız-hesabsız xüsusiyyət, əlaqədar genlərin əmriylə meydana gəlir. Bu genlərin hamısını bir kitabın səhifələrinə bənzədə bilərik. Səhifələrdə isə A-T-Q-C hərflərindən meydana gəlmiş yazılar vardır.


İnsan hüceyrəsindəki DNT-lərdə 30000-ə yaxın gen mövcuddur. Hər gen, qarşılığı olan zülal növünə görə, sayları 1000 ilə 186 000 arasında dəyişən nükleotidlərin xüsusi bir ardıcıllıqda düzülməsindən meydana gələr. Bu genlər özlərində insan bədənində vəzifə yerinə yetirən təxminən 200 000-ə yaxın zülalın kodlarını saxlayar və bu zülalların istehsalını yoxlayarlar.

 

Genlərin tənzimlənməsi
Molekulyar biologiyanın ən əhəmiyyətli kəşflərindən biri, bəzi genlərin bəzi genlər üzərində daha təsirli olduğunun kəşf edilməsidir. Bunun səbəbi, genlərin çox qarışıq bir sırayla düzülmələridir. Genetik iyerarxiyanın əsasında, ümumiyyətlə, təkrarlanan müəyyən funksiyalarla vəzifələndirilmiş genlər vardır: Bunlar hemoqlobin ifraz etmək, saçın uzanması və ya həzm fermentlərinin ifraz edilməsi kimi işlər görən genlərdir. Bu molekulyar işçilərin üzərində “tənzimləyici” genlər mövcuddur, bunlar bu işçi genləri işlədər və dayandırar. Məsələn, uşaqlıq dövründə hemoqlobin geninin fəaliyyətini dayandırır. Həm işçilərin, həm də “orta dərəcəli idarəçilərin” üzərində bir ardıcıl ana nəzarət geni mövcuddur. Bunların qərarları onlarla, hətta yüzlərlə aşağı bölmələrə təsir edər. Bu genlər o qədər həyati əhəmiyyətə malikdir ki, rüşeym mərhələsində zərər görmələri ölümcül ola bilər.
Bu, üzərində diqqətlə düşünülməli bir məlumatdır. Genlər, atomlardan ibarət olan molekullardır. Bəs bu molekullar, aralarında belə nizamlı bir sistemi necə qurmuşlar? Necə olur ki, bir molekul bir insanın artıq boyunun uzanmasını dayandırma qərarı verir, bu qərarını digərinə ötürür, digəri isə bu qərarı necə başa düşüb, itaət edib, həyata keçirir? Bu intizamın qurucusu kimdir? Həmçinin, milyonlarla ildir ki, trilyonlarla gen eyni intizam, itaət, ağıl və şüurla vəzifəsini əskiksiz yerinə yetirir.

 

Belə bir sistemin təsadüfən əmələ gəldiyini iddia etmək, çox boş sözdür. Genləri, ən ağıllı və ən qüsursuz şəkildə proqramlaşdıran, şübhəsiz ki, hər şeyin Rəbbi olan Allahdır.