Canlı quruluşundakı məlumat və materializmin sonu

Təkamül nəzəriyyəsinin əsasında materialist fəlsəfə durur. Materializm, mövcud olan hər şeyin yalnız maddə olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfəyə görə, maddə sonsuzdan bəri mövcuddur, həmişə mövcud olacaq və maddədən başqa bir şey də yoxdur. Materialistlər, bu iddialarına dəstəkləmək üçün, “reduksionizm” olaraq adlandırılan bir məntiqdən istifadə edərlər. Reduksionizm, maddə kimi görünməyən şeylərin də əslində maddi amillərlə izah edilə biləcəyi düşüncəsidir.


Bunu izah etmək üçün zehin nümunəsini verək. Məlum olduğu kimi insanın zehni “əllə tutula biləcək, gözlə görünə biləcək” bir şey deyil. Üstəlik insan beynində bir “zehin mərkəzi” də yoxdur. Bu vəziyyət bizi istər-istəməz, zehnin maddədən kənar bir anlayış olduğu nəticəsinə gətirər. Yəni “mən” dediyimiz, düşünən, sevən, əsəbiləşən, kədərlənən, zövq alan ya da əzab çəkən varlıq, bir kreslo, bir stol və ya bir daş kimi maddi bir varlıq deyil.
Materialistlər isə, zehnin “maddənin reduksionizminin” olduğunu iddia edirlər. Materialist iddiaya görə, bizim düşünməyimiz, sevməyimiz, kədərlənməyimiz və bütün digər zehni fəaliyyətlərimiz, əslində beynimizdəki atomlar arasında baş verən kimyəvi reaksiyalardan ibarətdir. Bir insanı sevməyimiz, beynimizdəki bəzi hüceyrələrdəki bir kimyəvi reaksiya, bir hadisə qarşısında qorxu hissi keçirmək başqa bir kimyəvi reaksiyadır. Məşhur materialist filosof Karl Voqt, bu məntiqi “qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir” şəklindəki məşhur sözüylə ifadə etmişdir. Halbuki, əlbəttə ki, öd mayesi bir maddədir, amma düşüncənin maddə olduğunu göstərəcək heç bir dəlil yoxdur.


Reduksionizm bir düşüncədir. Ancaq bir düşüncə həm doğru, həm də səhv təməllərə əsaslana bilər. Buna görə də bizim üçün bu anda əhəmiyyətli olan sual budur: Materializmin əsas məntiqi olan reduksionizm”, elmi məlumatlarla müqayisə edildikdə ortaya hansı nəticə çıxar?


19-cu əsrin materialist elm adamları və ya mütəfəkkirləri, bu suala asanlıqla “elm reduksionizmi təsdiq edər” cavabının veriləcəyini zənn edirdilər. Amma 20-ci əsr elmi, ortaya çox fərqli bir həqiqət çıxarmışdır.
Bu həqiqət, təbiətdə mövcud olan və əsla maddənin reduksionizmi  olan “məlumat” deyil.

 

Maddə məlumat meydana gətirə bilməz
Canlıların DNT-lərində inanılmaz dərəcədə böyük bir məlumat olduğuna əvvəlki hissələrdə toxunmuşduq. Millimetrin yüz mində biri qədər kiçik bir yerdə, bir canlıya aid bədənin bütün fiziki təfərrüatlarını təsvir edən sanki bir “məlumat bankı” vardır. Həmçinin canlının bədənində bir də bu məlumatı oxuyan, şərh edən və buna görə “istehsalla” məşğul olan bir sistem mövcuddur. Bütün canlı hüceyrələrində DNT-də olan məlumat, müxtəlif fermentlər tərəfindən “oxunur” və bu məlumata əsasən zülal hazırlanır. Bədənimizdə hər saniyə lazımlı yer üçün lazımi növdə milyonlarla zülal hazırlanması, bu sistemin vasitəsiylə reallaşar. Bu sistem sayəsində, ölən göz hüceyrələrimiz yenə göz hüceyrələri, qan hüceyrələrimiz yenə qan hüceyrələriylə əvəz olunar.


Bu nöqtədə materializmin iddiasını düşünək: Görəsən DNT-dəki məlumat, materialistlərin iddia etdiyi kimi, maddənin reduksionizmi ola bilərmi? Ya da başqa bir sözlə, DNT-nin yalnız bir maddə yığını olduğu və özündə saxladığı məlumatın da maddənin təsadüfi baş verən qarşılıqlı təsirləri nəticəsində əmələ gəldiyini qəbul etmək olarmı?


20-ci əsrdə aparılan bütün elmi araşdırmalar, bütün təcrübə nəticələri və bütün müşahidələr, bu suala qətiyyən “xeyr” cavabı verilməli olduğunu göstərir. Alman Federal Fizika və Texnologiya İnstitutunun rəhbəri prof. dr. Verner Gitt, bu mövzuda bunları deyir:


“Bir kodlaşdırma sistemi hər dövr üçün zehni bir prosesin məhsuludur. Bir nöqtəyə diqqət yetirilməlidir, maddə bir məlumat kodu meydana gətirə bilməz. Bütün təcrübələr, məlumatın meydana gəlməsi üçün, azad iradəsindən, mühakiməsindən və yaradıcılığından istifadə edən bir ağlın var olduğunu göstərir... Maddənin məlumat meydana gətirə bilməsini təmin edəcək məlum olan heç bir təbiət qanunu, fiziki proses və ya maddi hadisə yoxdur... Məlumatın maddə içində öz-özünə meydana gəlməsini təmin edəcək heç bir təbiət qanunu və fiziki proses yoxdur.”


Verner Gittin sözləri həmçinin son 20-30 il ərzində inkişaf edən və termodinamikanın bir parçası olaraq qəbul edilən “İnformasiya nəzəriyyəsi”nin əldə etdiyi nəticələrdir. İnformasiya nəzəriyyəsi, kainatdakı məlumatın strukturunu və mənşəyini araşdırır. İnformasiya nəzəriyyəçilərinin uzunmüddətli tədqiqatları ilə əldə olunan nəticə isə budur: “Məlumat, maddədən ayrı bir şeydir. Maddənin əsla reduksionizmi ola bilməz. Məlumatın və maddənin mənbəyi ayrı-ayrı tədqiq olunmalıdır.”


Məsələn, bir kitabın mənbəyini düşünək. Bir kitab kağızdan, mürəkkəbdən və içindəki məlumatdan meydana gələr. Diqqət yetirilsə, kağız və mürəkkəb maddi ünsürdürlər. Mənbələri də yenə maddədir: Kağız sellülozadan, mürəkkəb isə müxtəlif kimyəvi maddələrdən hazırlanar. Amma kitabdakı məlumat maddi bir şey deyil və maddi bir mənbəyi ola bilməz. Hər kitabdakı məlumatın mənbəyi, o kitabı yazmış olan yazıçının zehnidir.


Həmçinin bu zehin kağız və mürəkkəbin necə istifadə ediləcəyini də müəyyənləşdirir. Bir kitab, əvvəlcə o kitabı yazan yazıçının zehnində canlanar. Yazıçı zehnində məntiqləri qurar, cümlələri düzər. Bunları ikinci mərhələdə maddi bir formaya keçirər. Yəni bir mexanizmdən və ya kompyuterdən istifadə etməklə zehnindəki məlumatı hərflərə çevirər. Sonra da bu hərflər mətbəəyə daxil olaraq kağız və mürəkkəbdən ibarət kitaba çevrilərlər.


Buradan da bu ümumi nəticəyə gələ bilərik: “Əgər bir maddədə məlumat varsa, onda o maddə bəhsi keçən məlumata sahib olan biri tərəfindən yazılmışdır. Əvvəlcə şüur sahibi bir adam vardır. O şüur sahibi adam, məlumatı maddəyə köçürmüş və ortaya bir dizayn çıxarmışdır.”

 

 

Təbiətdəki məlumatın mənbəyi
Elmin ortaya çıxardığı bu nəticəni təbiətə uyğunlaşdırdığımız təqdirdə çox əhəmiyyətli bir nəticəylə qarşılaşarıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi, böyük bir məlumatla doludur və bu məlumat maddənin reduksionizmi görə, maddədən üstün bir mənbədən gəlir.


Təkamül nəzəriyyəsinin yaşayan ən görkəmli müdafiəçilərindən biri olan olan Corc C. Vilyams, əksər materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti qəbul edər. Vilyams, materializmi uzun illər boyu qatı bir şəkildə müdafiə etmişdir, amma 1995-ci ildə dərc olunan bir yazısında, hər şeyin maddə olduğunu fərz edən materialist (reduksionizm) yanaşmanın yanlışlığını belə ifadə edir:


Təkamülçü bioloqlar, iki fərqli sahədə fəaliyyət göstərdiklərini indiyə qədər dərk edə bilmədilər: Bu iki sahə maddə və məlumatdır. Bu iki sahə “reduksionizm” olaraq bildiyimiz formulla əsla bir yerə gətirilə bilməz. Genlər maddi bir obyekt olmaqdan çox, bir məlumat paketidir. Biologiyada genlər, genotip və gen hovuzları kimi anlayışlardan danışdığınız vaxt, elm haqqında danışmış olarsınız, fiziki obyektlər haqqında deyil. Bu vəziyyət, məlumatın və maddənin bir-birindən ayrı iki fərqli sahə olduğunu göstərir və bu iki fərqli sahənin mənşəyi də ayrı-ayrı tədqiq olunmalıdır.

 

Buna görə də təbiətdəki məlumatın mənbəyi də, materialistlərin zənn etdiyinin əksinə maddənin özü ola bilməz. Məlumatın mənbəyi maddə deyil, maddədən üstün bir ağıldır. Bu ağıl, maddədən əvvəl vardır. Maddə Onunla var olmuş, Onunla forma qazanmış və təşkil edilmişdir. Bu ağlın sahibi bütün aləmlərin Rəbbi olan Allahdır.