Həyatın məlumat qaynağı DNT

İnkişaf edən elm canlıların əsla təsadüflərlə əmələ gələ bilməyəcək qədər qüsursuz bir nizama və olduqca mürəkkəb bir quruluşa sahib olduğunu göstərir. Bu isə canlıların üstün bir güc və elm sahibi olan bir Yaradıcı tərəfindən yaradıldıqlarının dəlilidir. Məsələn, son dövrdə, “İnsan Genomu” layihəsi vəsiləsiylə gündəmdə olan insan genindəki qüsursuz quruluş, yəni Allahın bənzərsiz yaratması yenidən göz qabağına gətirilir.


Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları, təxminən 15 il ərzində DNT molekulunun 3 milyard pilləsini oxumağa və sıralarını müəyyənləşdirməyə çalışdılar. 2003-cü ilin aprel ayında da bu layihənin ilk mərhələsini tamamlamağı bacardılar. Ancaq əsil cavab gözlənilən məsələ, insan genomundakı bu hərflərin düzülüşüylə kodlaşdırılan informasiya və bunun hüceyrədəki istifadəsi formasıdır. Buna görə də “İnsan Genomu” sxeminin hazırlanması, hər nə qədər həyəcanlandırıcı, əhəmiyyətli bir irəliləyiş olsa da, “İnsan Genomu” layihəsinin başçısı olan dr. Frensis Kollins də “İnsanın istifadə bələdçisində ilk dəfə bir hissəni tamamlaya bildik” sözləriylə ifadə etdiyi kimi, DNT-dəki məlumatın açılması üçün daha hələ ilk addım atılmışdır.
Bu məlumatın açılmasının niyə bu qədər uzun vaxt apardığı başa düşə bilmək üçün DNT-yə yerləşdirilən məlumatın böyüklüyü və funksiyaları başa düşməlidir.

 

DNT-nin sirli quruluşu
Texnologiya məhsulunun və ya müəssisənin tikintisi və idarə olunmasında bəşəriyyətin əsrlər boyu əldə etdiyi təcrübədən və bilikdən istifadə edilər. Dünyanın ən qabaqcıl və mürəkkəb müəssisəsi olan insan bədəninin inşası üçün bilik və təcrübə isə DNT-də gizlənmişdir. DNT, hüceyrə nüvəsində diqqətlə qorunan olduqca böyük bir molekuldur və bu molekul insan bədəninin bir cür məlumat bankıdır. DNT-də qorunan məlumatlar, insanın saç və gözlərinin rəngindən, boyunun uzunluğuna qədər bütün fiziki xüsusiyyətləriylə birlikdə, hüceyrələrdə və bədəndə baş verən minlərlə fərqli hadisəyə və sistemə də nəzarət edər. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması belə DNT-dəki məlumatlardan asılıdır.

 

Burada qeyd olunmalı əhəmiyyətli nöqtə, hələ ilk insandan etibarən milyardlarla insanın hüceyrəsində olan trilyonlarla DNT-nin indiki mükəmməllik və mürəkkəbliyi ilə birlikdə yaranmasıdır. İnsanları heyrətləndirən quruluş və xüsusiyyətləriylə, belə bir molekulun təkamülçülərin irəli sürdüyü kimi təsadüflər nəticəsində meydana gəlməsinin nə qədər məntiqsiz olduğunu sonrakı sətirləri oxuduqca sizlər də daha dəqiq görəcəksiniz.